İyn
2018
12:36
135
16
1914
Virtual karabakh

Əmlak Komitəsi: İstifadə edilməyən torpaqlar yeni istifadəçilərə verilib

6 İyn, 2018
12:36
1914

Əmlak Komitəsi: İstifadə edilməyən torpaqlar yeni istifadəçilərə verilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Torpaqlardan mütləq istifadə olunmalıdır.

Oxu.Az xəbər verir ki, bunu Milli Məclisdə (MM) təqdimat zamanı Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov deyib.

O, qeyd edib ki, xüsusilə, kənd təsərrüfatı təyinatlı torpaqlar istifadə edilməlidir.

“Bu məsələdə “mən istifadə edirəm, ya etmirəm” ola bilməz. Torpaqlar istifadə olunmalıdır, xüsusilə, kənd təsərrüfatı təyinatlı torpaqlar. Torpaqlara da aqrotexniki qulluq mütləq şəkildə edilməlidir”.

Komitə sədr müavini artıq bəzi bölgələrdə, 44 rayonda istifadə edilməyən torpaqların geri alındığını və yeni istifadəçilərə, icarədarlara verildiyini bildirib.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri