12 
İyn
2018
17:14
207
29
1691
Virtual karabakh

ABŞ-dan TANAP-a dəstək

12 İyn, 2018
17:14
1691

ABŞ-dan TANAP-a dəstək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ dövlət katibinin köməkçisinin enerji məsələləri üzrə müavini Sandra Oudkirk 
Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) bölgəyə verəcəyi töhfəni dəyərləndirib. 

Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, A.Oudkirk layihənin Cənub Qaz Dəhlizi layihəsinin böyük bir hissəsi olduğunu vurğulayıb.

O bildirib ki, TANAP-ın regional enerji bazarlarında rolu əhəmiyyətlidir:

“Bu layihə Azərbaycan qazını alacaq ölkələr üçün bazarda seçim imkanları yaradır. Digər tərəfdən, ölkənin təmin etdiyi enerji təhlükəsizliyinə güclü töhfədir. ABŞ-ın layihə üzrə birbaşa sərmayəsi olmasa da, TANAP-ı dəstəkləyirik. Çünki bu, resurs diversifikasiyasına və təhlükəsizliyin təmin edilməsinə kömək edir”.

O qeyd edib ki, dünyada çətinliklər baş verərkən TANAP-ın istismara verilməsi qlobal olaraq inkişaf sayılır:

“TANAP Azərbaycan qazını yeni bazarlara daşıması baxımından da əhəmiyyətli layihədir. Müttəfiq və tərəfdaşlarımızın enerji təhlükəsizliyi bizim üçün önəmlidir”. 

L.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri