18 
İyn
2018
14:40
32
169
31539
Virtual karabakh

“Günaybank”ın sədri: Bankdan pul oğurlanması iddiası əsassızdır

18 İyn, 2018
14:40
31539

“Günaybank”ın sədri: Bankdan pul oğurlanması iddiası əsassızdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yerli mətbuatda “Günaybank” ASC-nin idarə heyətinin sədr müavini Emin Zeynalovun əmanətçilərin 100 milyona yaxın vəsaitini götürərək ölkədən qaçdığı barədə məlumatlar yayılıb.

Oxu.Az xəbər verir ki, məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verən “Günaybank”ın Müşahidə Şurasının sədri Mahmud Məmmədov bildirib ki, iddialar əsassızdır və bankda heç bir oğurluq faktı qeydə alınmayıb.

Sədr qeyd edib ki, “Günaybank” Azərbaycanda ən az əmanəti olan bankdır və hazırda cəmi 35 milyon manat əmanət var:

“Mən təminat verirəm ki, 26 il ərzində “Günaybank”dan bir manat da olsun offşor şirkətlərinə pul çıxmayıb. Bizim bütün fəaliyyətimiz göz qabağındadır. 2017-ci ili gəlirlə başa vuran iki bankdan biri olmuşuq. “Günaybank”ın likvidlik problemi və əmanətçilər qarşısında hansısa problemli öhdəliyi yoxdur”.

M.Məmmədov qeyd edib ki, Emin Zeynalovun bankdan kənarda biznes partnyorları ilə borc problemi olub:

“Bu məsələdən xəbər tutan kimi onu çağırdım və işdən azad etdim. Amma xaricə qaçması barədə məlumatlar əsassızdır”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri