23 
İyn
2018
10:46
57
27
2516
Virtual karabakh

OPEC-in qərarı Azərbaycana necə təsir göstərəcək? - ŞƏRH

23 İyn, 2018
10:46
2516

OPEC-in qərarı Azərbaycana necə təsir göstərəcək? - ŞƏRH

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bazar OPEC-in kvotasının xeyli artırılacağını gözləyirdi və əgər göstərilən oriyentirlər yerinə yetirilsə, ilin sonunadək neftin qiyməti çox rahat səviyyədə qalacaq.

Bu sözləri Oxu.Az-a açıqlamasında Rusiyanın “Alpari” analitik departamentinin direktoru Aleksandr Razuvayev deyib.

“İş burasındadır ki, OPEC ölkələri hər zaman sözlərini tutmurlar, üstəgəl məsələyə ABŞ da təsir göstərə bilər. 

Ancaq ən maraqlısı odur ki, həmin gün OPEC-in katibliyi və konstitusiyasına oxşar yeni strukturun yaradılmasının müzakirə edildiyi ilə bağlı informasiyalar yayıldı. 

Rusiya və Səudiyyə Ərəbistan kimi nəhəng neft ölkələri bu strukturda daha böyük səsə sahib olacaqlar. OPEC-də isə “bir ölkə - bir səs” prinsipi üstündür”, - müsahib deyib. 

Ekspertin fikrincə, yeni yaradılmış təşkilat nəinki neftin qiymətinə ciddi təsir göstərəcək, həmçinin valyuta ehtiyatlarına yenidən baxacaq. 

“Güman ki, multivalyuta səbəti qəbul olunacaq. Bu səbətə Amerika dolları ilə yanaşı, avro, İsveç frankı, yuan və rus rublu daxil olacaq. Əlbəttə, məsələ nisbətdədir”, - Razuvayev əlavə edib və bildirib ki, bununla bağlı xəbərlər yaxın günlərdə yayıla bilər.

OPEC-in yeni qərarının neft ölkələri olan Rusiya və Azərbaycana təsirindən danşan ekspert deyib ki, neftin hasilatının artırılması gözlənilirdi və bu, Rusiya neft sektoruna, rublun kursuna müsbət təsir göstərəcək. 

“Azərbaycana gəlincə isə, yanvar-may aylarında sizin ölkəniz neftin hasilatını 46%-ə qədər artırıb. 

Əlverişli xammal milli iqtisadiyyat üçün müsbət amildir. Ən əsası, bu, büdcə gəlirlərinə və yoxsulluq dərəcəsinə təsir göstərir”, - ekspert əlavə edib. 

Əli Məmmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri