23 
İyn
2018
16:55
160
49
1296
Virtual karabakh

OPEC-in Nazirlər Şurasının növbəti iclasının Bakıda keçirilməsi təklif olundu

23 İyn, 2018
16:55
1296

OPEC-in Nazirlər Şurasının növbəti iclasının Bakıda keçirilməsi təklif olundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Vyanada keçirilən Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və qeyri-OPEC ölkələrinin nazirlərinin 4-cü iclası zamanı dünyada sənaye üsulu ilə ilk dəfə neft çıxarılan Bibiheybət neft buruğunun əski olan tablo Azərbaycan nümayəndə heyəti tərəfindən OPEC-ə hədiyyə olunub.

Oxu.Az AzərTAC-a istinadən xəbər verir ki, energetika naziri Pərviz Şahbazov təqdimat zamanı bildirib ki, Azərbaycan “Əməkdaşlıq Bəyannaməsi”nin başlanğıcından etibarən öz öhdəliklərinə sadiqdir.

P. Şahbazov qeyd edib ki, Azərbaycan həm də bu təşəbbüsün fəal iştirakçılarından biridir: “Azərbaycanda neft hələ qədim dövrdən çıxarılır. 1846-cı ildə dünyada sənaye üsulu ilə ilk dəfə neft məhz Azərbaycanda, Bakıda çıxarılıb. O gündən etibarən neftin yeni dövrü başlayıb və bu günə qədər uğurla davam etdirilir”.

P. Şahbazov tədbir iştirakçılarına Azərbaycan prezidenti İlham Əliyevin OPEC və qeyri-OPEC ölkələrinin növbəti Nazirlər Şurasının iclasının Bakıda keçirilməsinə dair dəvətini çatdırıb. O qeyd edib ki, bu, hər kəs üçün nəinki Bakıdakı konfransda iştirak etmək, həm də dünyanın neft sənayesinin müqəddəs yeri olan Bakının gözəlliyini görmək üçün gözəl bir imkan olacaq.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri