10 
İyl
2018
14:00
34
304
10715
Virtual karabakh

Kənd yumurtası ilə broyler yumurtasının tərkibi eynidir - RƏY

10 İyl, 2018
14:00
10715

Kənd yumurtası ilə broyler yumurtasının tərkibi eynidir - RƏY

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kənd toyuğunun yumurtası ilə broyler toyuğunun yumurtasının təkibi eynidir.

Bunu Kənd Təsərrüfatı Nazirliyi (KTN) Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, yumurtanın keyfiyyətli olması toyuğun qidalanmasından asılıdır:

“Təzə və sağlam toyuq yumurtası çatsız, üzərində heç bir qabarıqlıq olmayan, ağ rəngdə və kiçik həcmdə olmalıdır. Kənd yumurtasının standart olmasının səbəbi onların açıq şəraitdə göy otlarla qidalanmasıdır.

Keyfiyyətli yumurta çatsız, içərisindəki hava boşluğu 0,4 millimetrdən az olmamalıdır. Bunlar yumurta istehsalında yüksək göstəricilər sayılır. Yumurtanın Ağının sarısına nisbəti 1:1 və ya 1:2 şəklində olmalıdır. Biz bunu laboratoriya şəraitində müəyyən edə bilirik”.

Mahir Hacıyev deyir ki, bəzən insanlar broyler toyuqlarının nisbətən şiş olmasını deyirlər:

“Əslində broyler yumurtası ilə toyuğunun kəndlərdə saxlanan toyuqdan və istehsal edilən yumurtadan tək fərqi onların görünüşüdür. Kimyəvi tərkiblərində ciddi fərq yoxdur. Bilirsiniz ki, broyler sənayesində 35 gündə toyuqlar 1 kilo 500-  800 qram arası çəki alır.

Təbii ki, bu da əhalinin tələbatını ödəmək üçündür. Orada avtomatlaşdırılmış sistem olduğu üçün onlara heç bir dərman vurulmur. Onlar yalnız kənarda qeyri-qanuni şəkildə, sexlərdə istehsal edilən toyuqlara aiddir. Üzərində sertifikatı olan quşlarda bu əsla ola bilməz”. 

Azərbaycan Quşçular Cəmiyyətinin (AQC) sədri Aydın Vəliyev bildirib ki, kənd toyuğu yumurtasının tərkibi daha təhlükəlidir:

“Broylerin toyuğu açıq havada gəzmədiyi üçün onun yumutasının qabığı nazik olur. Bu toyuqlar ciddi rejimdə, qarğıdalı, soya, buğda, günəbaxan tumu və yağı ilə qidalanırlar.

Onun üçün onların yumurtasının tərkibi kənd toyuğunun yumurtasından daha təhlükəsizdir. Kənd toyuğu nəzarətsizdir. Bilmirsən harda, nə yeyir? Qapalı sistemdə saxlanan toyuqlar daha təhklükəsizdir”.

Aydın Vəliyev broyler toyuqlarının şişirdilməsi barədə də danışıb:

“Broyler toyuqlarına heç bir iynə vurulmur. Müəyyən vitaminləri suya qatır və onlara içirdilir. Müqavimətləri olur. Həmin toyuqlar 30-35 günə kimi saxlanılır. Bu müddəti keçdikdən sonra çox yeyirlər və sürətli kökəlməyə başlayır. Şişirtməsi düzgün söhbət deyil. Xaricdə broylerlər 45 gün saxlandığı üçün onlar daha şiş olurlar”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə deyir ki, kənd toyuğunun yumurtası ilə broylerin təkibi eyni ola bilməz:

“Əgər belədirsə, həmin yumurtaların qiyməti də bərabər olmalıdır. İnsanlar kənd yumurtasını almağa daha meyillidirlər. Çünki əhəmiyyətli maddələr kənd yumurtasının tərkibində daha çoxdur.

Broyler fabriki olanlar deyir ki, kənd toyuqları təhlükəli qidaları yeyir. Amma broylerlərə müxtəlif baytarlıq dərmanları vurulur, GMO yemlər vurulur. Həmin yemlər də onun yumurtasında özünü göstərir. Kənd yumurtası qalınlığı, sarılığı ilə seçilir”.

İlhamə Əbülfət
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri