12 
İyl
2018
13:39
110
47
2505
Virtual karabakh

Neft ixracı artıb

12 İyl, 2018
13:39
2505

Neft ixracı artıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycan 282 mln. 794,13 min ABŞ dolları dəyərində 548 min 024,03 ton neft məhsulları ixrac edib.

Oxu.Az Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən xəbər verir ki, bu, həcm baxımından 2017-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 167 min 799,39 ton və ya 44,13% çoxdur.

Məbləğ baxımından isə illik nisbətdə 136 mln. 796,32 min dollar və ya 1,94 dəfə çoxdur.

2017-ci ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrə 145 mln. 997,81 min dollar dəyərində 380 min 224,64 ton neft məhsulu ixrac edilib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri