17 
İyl
2018
10:47
14
67
2296
Virtual karabakh

Neft Fondunun satışlardan gəlirləri açıqlandı

17 İyl, 2018
10:47
2296

Neft Fondunun satışlardan gəlirləri açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2018-ci ilin yanvar-iyun ayları ərzində Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 9 mlrd. 173,7 mln. manat, büdcə xərcləri isə 4  mlrd. 731,6 mln. manat olub.

Oxu.Az xəbər verir ki, 2018-ci ilin yanvar-iyun ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 8 mlrd. 665,7 mln. manat təşkil edib.

Mənfəət neftinin və qazın satışından 7 mlrd. 889,5 mln. manat, bonus ödənişləri 765,2 mln manat, tranzit gəlirləri 10,5 mln manat, akrhesabı ödənişlər 0,5 mln manat olub.

Hesabat dövrü ərzində Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 508,0 milyon manata bərabər olub. 

Hesabat dövrü ərzində ARDNF-nin 2018-ci il büdcəsinin icrası çərçivəsində 4 mlrd. 608 mln.manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 84,5 mln manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 19,1 mln manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 7,5 mln manat vəsait ayrılıb. 

2018-ci ilin yanvar-iyun ayları ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 10,5 mln manat təşkil edib. 

L.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri