19 
İyl
2018
16:39
10
217
4454
Virtual karabakh

“Asan İmza” niyə bahalaşıb? - RƏY

19 İyl, 2018
16:39
4454

“Asan İmza” niyə bahalaşıb? - RƏY

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi növbətin ayın 15-dən “Azercell Telekom” MMC “Asan İmza” xidmətindən istifadəyə görə abunə haqqının qiymətini artırır.

Belə ki, “Asan İmza” xidmətindən istifadəyə görə əhali, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər, hüquqi şəxslərin nümayəndələri və dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının əməkdaşları olan “Azercell” abunəçiləri (28.08.2017-ci il tarixdən etibarən dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının əməkdaşları olan abunəçilər istisna olmaqla) üçün hər faktura dövrünə görə abunə haqqı 2.50 manat (ƏDV daxil) təyin edilib. 

Qeyd edək ki, bundan əvvəl abunə haqqı 1 manat idi. Göndərilən 1 SMS ismarıcın (transaksiya) qiyməti isə 0 manat təşkil edəcək.

İqtisadçı-ekspert Vüqar Bayramov Oxu.Az-a açıqlamasında bildirdi ki, “Azercell” “Asan İmza” xidmətindən istifadəyə görə abunə haqqını 2.5 dəfə artıracaq:

“Bir manata təklif edilən bu xidmətə görə o gündən sonra 2.5 manat ödəməli olacağıq. “Azercell Telekom” MMC bunu xərclərin artması ilə əlaqələndirib. Bildirilib ki, digər mobil operatorlar da qiymət artımına gedəcəklər. Amma nəyin hesabına xərcin nə az-nə çox - 2.5 dəfə artması səbəbləri qaranlıqdır.

Eyni zamanda, digər operatorların da eyni gündə qiymət artımlarına getmələri məhz mobil kommunikasiya bazarının liberallaşdırılması vacibliyini bir daha artırır. 

Təəssüf ki, sözügedən bazarda rəqabətin zəif olması mobil operatorların asanlıqla və hətta eyni gündə belə kəskin qiymət artımlarına zəmin yaradır”. 

Ekspertin fikrincə, elektron iqtisadiyyatın inkişafının prioritet olduğu bir halda “Asan İmza”ya görə ayda 2.5 manat ödəmək elektron xidmətlərə marağı azalda bilər. 

O hesab edir ki, elektron xidmətlərin daha aşağı xərclərlə əldə edilməsinin özü də prioritet olmalıdır:

“Təəssüf ki, son tarif artımları bundan xəbər vermir. Bütün bunları nəzərə aldıqda yeni yaradılan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin məsələyə müdaxilə etməsi və tariflərin optimallaşdırılmasına nail olması çox vacibdir”.

L.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri