22 
İyl
2018
16:03
26
225
8984
Virtual karabakh

Ölkədə tikilən mənzillərin kvadratmetrinin dəyəri bəlli oldu

22 İyl, 2018
16:03
8984

Ölkədə tikilən mənzillərin kvadratmetrinin dəyəri bəlli oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu ilin birinci yarısında bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 946,4 min kvadrat metr və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,9 faiz çox yeni yaşayış evləri tikilib istifadəyə verilib.

Oxu.Az rəsmi statiistikaya istinadən xəbər verir ki, yanvar-iyun aylarında mənzil tikintisində istifadə edilmiş vəsaitin həcmi 463,8 milyon manat olub.

Bunun 89,3 milyon manatı dövlət, 374,5 milyon manatı isə qeyri-dövlət mülkiyyətində olan müəssisə və təşkilatların, habelə əhalinin payına düşüb.

Rəqəmlərin müqayisəsi göstərir ki, 2018-ci ilin 6 ayında Azərbaycanda tikilən mənzillərin 1 kvadratmetrinin orta qiyməti 490 manat təşkil edib. 

Qeyd edək ki, ölkə vətəndaşları mənzil şəraitlərinin yaxşılaşdırması məqsədilə şəxsi vəsaitləri hesabına 6,0 min yaşayış evi tikib. Onların əksəriyyəti Naxçıvan Muxtar Respublikasında, Bakı və Sumqayıt şəhərlərində, Masallı, Tovuz, Qazax, Abşeron, Qəbələ, Şəmkir və Cəlilabad rayonlarının payına düşüb. 

L.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri