Avq
2018
10:45
24
13
2677
Virtual karabakh

FES bu gün faiz qərarını açıqlayacaq

1 Avq, 2018
10:45
2677

FES bu gün faiz qərarını açıqlayacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün ABŞ Mərkəzi Bankının (FES) növbəti iclası başa çatacaq. 

Oxu.Az xəbər verir ki, iclasda faiz dərəcələrinin sabit saxlanacağı gözlənilir.

Belə ki, prezident Donald Tramp FES-in faiz artırmasına qarşı tənqidini artırsa da, bank yüksələn inflyasiya və güclü iqtisadi artımla əlaqədar bu il faiz artımına getmək niyyətində deyil. 

Xatırladaq ki, qurum faiz nisbətlərini mart və iyun aylarında artırıb. İnvestorlar sentyabr və dekabr aylarında da faizlərin artırılacağını gözləyirlər. Bu arada, FES 2015-ci ilin dekabr ayından indiyədək yeddi dəfə faiz artımına gedib. Faiz artımlarının 2019-cu il ərzində davam edəcəyi gözlənilir.

Qeyd edək ki,  faiz qərarı bu gün Bakı vaxtı ilə saat 22:00-da açıqlanacaq. Mətbuat konfransı nəzərdə tutulmur. 

L.Ə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri