15 
Avq
2018
15:55
487
22
8728
Virtual karabakh

ABŞ sanksiyalarına Türkiyə yarım milyard dollar vergi ilə qarşılıq verdi

15 Avq, 2018
15:55
8728

ABŞ sanksiyalarına Türkiyə yarım milyard dollar vergi ilə qarşılıq verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin ticarət naziri Ruhsar Pekcan ABŞ-ın sanksiyalarına 533 milyon dollar həcmində gömrük vergisi ilə cavab verdiklərini bəyan edib. 

Oxu.Az xəbər verir ki, Pekcan idxalda 22 maddə üzrə vergini iki dəfə artırdıqlarını açıqlayıb.

Onun sözlərinə görə, vergi artımları 533 milyon dollar səviyyəsindədir. 

Nazir Türkiyə şirkətlərinin mənafelərini müdafiə edəcəklərini bəyan edib:

“ABŞ-ın sanksiyalarına lazım gələn cavabı verəcəyik. Polad və alüminiuma əlavə verginin tətbiqi bu ölkənin öz şirkətlərini də vuracaq. Düzdür, ABŞ xarici ticarətdə önəmli tərəfdaşımız ola bilər, ancaq tək deyil. Alternativ ticarət tərəfdaşları, bazarlar tapacağıq”. 

Qeyd edək ki, ABŞ-dan idxal edilən mallara tətbiq edilən rüsumları 100 faiz artırılıb. Ən böyük artım alkoqollu içkilərdə və nəqliyyat vasitələrində olub. Alkoqolda 140, bütün növ nəqliyyat vasitələrinə 120 faiz artım qərarı verilib.

L.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri