16 
Avq
2018
09:18
19
82
2198
Virtual karabakh

“Bank Silk Way” və Mydutyfree xidməti ilə hədiyyəli endirim əldə edin

16 Avq, 2018
09:18
2198

“Bank Silk Way” və Mydutyfree xidməti ilə hədiyyəli endirim əldə edin

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Artıq SW Bank müştəriləri Heydər Əliyev adına Beynəlxalq Hava Limanında etdikləri alış-verişlərdə 12%-lik endirim əldə edə biləcəklər!

SW “Miles” kartınız varsa, www.banksilkway.az saytına daxil olun və 12%-lik promo-kodu əldə edin. Səyahətə çıxmazdan öncə mydutyfree.net saytında duty free məhsulları bölümünü seçin, əvvəlcədən sifariş verin və promo-kodunuzu daxil edin. Siz hava limanına gəldikdə alış-verişiniz hazır olacaqdır. Ödənişi mütləq SW Miles kartı ilə etmək lazımdır.

Mydutyfree sizə hava limanındakı qiymətləri öyrənmək, alış-verişi planlaşdırmaq və endirimlər əldə etmək imkanını verir. Əvvəlcədən verilmiş sifarişlərin məhsulları əvvəlcədən toplanır, bu səbəbdən səyahətçilər alış-verişlərini tez təslim ala və uçuşdan əvvəl vaxt sərf etməyə bilərlər.

Mydutyfree endirimindən faydalanın və hava limanında alış-verişlərdə daha çox qənaət edin!

Xatırlatmaq istərdik ki, "SW Bank Miles" kartı bank kartının üstünlüklərini və "Azal Miles" proqramının iştirakçısının imtiyazlarını özündə birləşdirən müştərək ödəmə kartıdır. Gündəlik alış-veriş və xidmətlərin dəyərini "Miles" kartı vasitəsilə ödəniş edərək, kartın sahibi öz hesabına ballar toplayır.

Ballar dünyanın istənilən valyutasında ödənişlər zamanı (manat ekvivalentində) hesablanır. Ballar həmçinin "Azerbaijan Airlines" aviaşirkətinin reyslərindən istifadə edərkən toplanılır. Əldə edilən milləri kart sahibi AZAL aviaşirkətinin reysləri zamanı pulsuz uçuş biletinə, təyyarə göyərtəsində xidmət sinfinin artırılmasına istifadə edə bilər.

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.banksilkway.az saytına, (012) 931 Sorğu Mərkəzinə və ya Bankın rəsmi “Facebook” səhifəsinə (www.fb.com/swbankmiles) müraciət edə bilərsiniz.

Daha çox alın, tez-tez səyahət edin!

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri