20 
Avq
2018
11:31
154
51
7686
Virtual karabakh

Vergilər Nazirliyinin avtomobilləri satışa çıxarıldı

20 Avq, 2018
11:31
7686

Vergilər Nazirliyinin avtomobilləri satışa çıxarıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sentyabrın 18-də Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində keçiriləcək hərraca Vergilər Nazirliyinə məxsus müxtəlif markalı səkkiz avtomobil çıxarılıb. 

Oxu.Az xəbər verir ki, avtomobillərin buraxılış ili 2005-2007-ci illər arasında dəyişir. 

Eləcə də, hərracda minimal qiymət 3000, maksimal qiymət  isə 4200 manat təşkil edir.

O ki qaldı maşınların markalarına, nazirliyin beş ədəd “KİA Optima” və üç ədəd “Daewoo Nexia” markalı  avtomobili satılacaq.

L.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri