Sen
2018
16:19
164
56
2198
Virtual karabakh

İlin əvvəlindən 144 milyon dollar dəyərində pomidor ixrac edilib

3 Sen, 2018
16:19
2198

İlin əvvəlindən 144 milyon dollar dəyərində pomidor ixrac edilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2018-ci ilin yanvar-iyul ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 969 milyon ABŞ dolları təşkil edib. 

Oxu.Az  İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”na istinadən xəbər verir ki, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-iyul aylarında qeyri-neft sektoru üzrə ixrac 114 milyon ABŞ dolları və ya 13 faiz artıb. 

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, cari ilin yeddi ayı ərzində Rusiyaya 353 milyon, Türkiyəyə 215 milyon, Gürcüstana 81 milyon, İsveçrəyə 78 milyon və Çinə 29 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.

İxrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor birinci yerdə qərarlaşıb. Azərbaycan hesabat dövründə 144 milyon dollar dəyərində pomidor ixrac edib. 

Ümumiyyətlə, 2018-ci ilin yeddi ayı ərzində meyvə-tərəvəz ixracı 301 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 79 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 78 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 49 milyon, pambıq lifi 45 milyon, kimya sənayesi məhsullarının ixracı 41 milyon, pambıq ipliyi ixracı 12 milyon ABŞ dolları təşkil edib. 

2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin ilk yeddi ayında elektrik enerjisinin ixracı 2,2 dəfə, pambıq ipliyinin ixracı 32 faiz, alüminium və ondan hazırlanan məmulatların ixracı 16 faiz, meyvə-tərəvəzin ixracı 19 faiz, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 14 faiz, kimya sənayesi məhsullarının ixracı 1 faiz artıb.

Konkret olaraq iyul ayı üzrə ixraca gəlincə, qeyri-neft sektorunun ixracı 122 milyon dollar təşkil edib. 

Əsasən, ixraca Türkiyə (35 milyon ABŞ dolları) liderlik edib. Bu siyahıda Rusiya (33 milyon ABŞ dolları), İsveçrə (9 milyon ABŞ dolları), Gürcüstan (7 milyon ABŞ dolları), Qazaxıstan (5,8 milyon ABŞ dolları) da var.

Məhsullar üzrə isə ixracda pambıq lifi (mahlıc) birinci (16 milyon ABŞ dolları), albalı və gilas (11milyon ABŞ dolları) ikinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda - 7,8 milyon ABŞ dolları) isə üçüncü olub.  

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri