Sen
2018
11:27
17
63
2877
Virtual karabakh

Əmanətlərin tam sığortalanması başa çatır - ŞƏRH

4 Sen, 2018
11:27
2877

Əmanətlərin tam sığortalanması başa çatır - ŞƏRH

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Altı aydan sonra Azərbaycanda əmanətlərin tam sığortalanması üçün verilmiş müddət başa çatır. Xatırladaq ki, Azərbaycanda əmanətlərin tam sığortalanması barədə qərar 2016-ci ilin mart ayının 4-də qəbul edilib. Sistemin müddəti üç il təşkil edir. 

Bildirək ki, üç il ərzində fiziki şəxslərin milli valyutadakı əmanətləri illik faiz dərəcəsi 15%-dən çox, xarici valyutadakı əmanətlərin illik faiz dərəcəsi isə 3%-dən çox olmamaqla sığortalanıb. 

Ekspert Əkrəm Həsənov Oxu.Az-a açıqlamasında bildirdi ki, ötən 2,5 il ərzində bağlanmış altı bank üzrə Əmanətlərin Sığortalanması Fondu tam sığortalanmış əmanətləri kompensasiya edib:

“Fond bəzən bu vəzifəsindən yayınmağa cəhd edəndə isə məhkəmələrimiz onu məcbur edib. Məhz bunun müqabilində banklardan əmanətlərin çəkilməsi prosesi nisbətən səngiyib. Lakin bu sistemin cəmi altı aylıq ömrü qalıb. 4 mart 2019-cu il tarixdən sonra əmanətlərin sığortalanması necə həyata keçiriləcək? Bu məsələ əmanətçiləri çox düşündürür”.

Ə.Həsənov bildirir ki, “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun 5.2-ci maddəsinə əsasən, üç illik “müddət bitdikdən sonra tam sığortalanmış əmanətlər üzrə kompensasiyaların həcmi “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən müəyyən edilir”:

“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə görə, Fond tərəfindən hər bir bankda sığortalanmış əmanət 30 min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir.

Məsələn, vətəndaş bu ilin 1 iyul tarixində banka bir il müddətinə 100 min manat məbləğində illik 15%-lə əmanət qoyub. Qüvvədə olan qaydaya görə, əmanət tam sığortalıdır. Yəni bank 4 mart 2019-cu il tarixədək bağlansa (lisenziyası ləğv olunsa), əmanət tam kompensasiya ediləcək. Lakin bank 4 mart 2019-cu ildən sonra bağlansa, əmanətçiyə yalnız 30 min manat kompensasiya veriləcək”.

Ekspertin sözlərinə görə, 2016-cı ilin dekabr ayında təsdiqlənən “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən, 2018-ci ilin sonunadək Maliyyə Bazarlarına Nəzarət Palatası kapital dayanıqlılığı bərpa olunmayan bankların restrukturizasiyası prosesini bitirməlidir:

“Başqa sözlə, bank sistemini sağlamlaşdırmalı, deməli, sağlam məntiqlə, qeyri-sağlam bankları isə bazardan çıxarmalıdır. Sözügedən proses bazar üçün müsbət siqnal olacaq. Yəni növbəti ildə bankların bağlanması ehtimalı azalacaq və əmanətlər tam sığortalı olmasa belə, onları geri götürmək istəyən az olacaq.

Bunun əksi baş versə, yəni problemli banklar sağlamlaşdırılmasa və ya bazardan çıxarılmasa, növbəti ilin ilk iki ayı əmanətçilərin ciddi təşvişinə səbəb ola bilər. 

Buna görə yaxın aylarda iki addımdan biri atılmalıdır. Ya bankların sağlamlaşdırılması prosesi cənab prezidentin göstərişinə əsasən, ilin sonunadək bitirilməli, ya da əmanətlərin tam sığortalanması müddəti uzadılmalıdır. Bu, ilk növbədə bank sisteminin özünə lazımdır”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri