17 
Sen
2018
12:30
12
80
3074
Virtual karabakh

“Unibank”dan biznes müştəriləri üçün yeni kampaniya

17 Sen, 2018
12:30
3074

“Unibank”dan biznes müştəriləri üçün yeni kampaniya

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İndi “Unibank”dan götürdüyünüz korporativ kreditlərin faizlərinin bir hissəsi hədiyyə olaraq sizə geri ödəniləcək. “Unibank”ın biznes müştəriləri üçün nəzərdə tutduğu “Sözümüz sözdür!” kampaniyası bununla sahibkarlara daha aşağı faizlə kredit götürmək imkanı yaradır. 

Kampaniya noyabrın 16-dək davam edəcək və bu müddətdə götürdüyü krediti tam gecikməsiz ödəyən hüquqi şəxslər kampaniyanın verdiyi üstünlüklərdən faydalanacaq. 

Kampaniya çərçivəsində götürülən kredit tam ödənilidikdən sonra müştərinin ödədiyi faiz məbləğinin 10%-i onun hesabına geri qayıdacaq. Misal üçün, müştəri 100 min manatlıq kredit götürüb, ödəniş müddətinin sonuna qədər gecikməsiz ödəyərsə, kredit bağlandıqdan sonra bir ay ərzində müştərinin ödədiyi faiz məbləğinin 10%-i geri qaytarılacaq. 

Kampaniyanın şərtləri:

- Kampaniyadan ancaq hüquqi şəxslər istifadə edə bilər; 

- Kampaniya 15 min AZN-dən yuxarı kreditlər üçün nəzərdə tutulur; 

- Kampaniyada 18 ay və ondan artıq müddətli kreditlərə aiddir (kredit götürmüş müştəri minimum ilk 18 ay davamlı ödəniş etməlidir). 

- Kampaniya yalnız bankın öz vəsaiti ilə verilən kreditlərə şamil edilir. 

Unibankın biznes müştərisi olmaq hansı üstünlüklər verir?

Sərfəli tariflər;

Dünyanın istənilən yerindən hesablarınızın məsafədən və təhlükəsiz idarə olunması imkanı;

Hesabın bir neçə dəqiqə ərzində bron edilməsi;

Kartların pulsuz sifarişini mümkün edən sərfəli əməkhaqqı layihəsi, ölkəmizdəki bütün bankomatlardan əməkhaqqını komissiyasız nağdlaşdırma imkanı;

Kassa kəsirlərinin qarşısının alınması üçün lazımi məbləğdə overdraftların ayrılması;

Sənəd dövriyyəsinin minimuma endirilməsi;

UnibankeManat terminallarında ödəniş və digər əməliyyatlar aparmaq imkanı;

Korporativ xidmətlər sahəsində peşəkar və savadlı bank mütəxəssislərinin xidməti.

“Unibank”ın korporativ müştəriləri banka gəlmədən bankın digər məhsul və xidmətlərindən də faydalana bilərlər. “Unibank”ın mükəmməl rəqəmsal bankçılıq xidmətləri - Unibank Mobile Business (http://onelink.to/um-business), İnternet Banking və Telegram Bot biznes sahiblərinə harada olmaqlarından asılı olmayaraq, 24/7 öz bizneslərini idarə etmək, bank hesablarına sərəncam vermək imkanı yaradır.  

“Unibank” geniş çeşidli məhsul və xidmətləri ilə biznes sahiblərinin xidmətindədir. Sahibkarlar həftə ərzində saat 09:00-dan 17:00-dək “Qara Qarayev”, “İçərişəhər”, “Dərnəgül”, “Yasamal”, 15 saylı, “Neftçilər”, “Əhmədli”, “Əcəmi” filiallar və “Unibank biznes mərkəzi”nə, eləcə də, “Unibank”ın bölgə filiallarına müraciət edə bilərlər.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, http://www.unibank.az/az/corporate-clients-dən əldə etmək olar.

Unibank” - Biznesinizə daimi dəstək!

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri