Okt
2018
14:35
69
28
3014
Virtual karabakh

Sahibkarlığın İnkişafı Fondu kredit faizlərini endirdi

2 Okt, 2018
14:35
3014

Sahibkarlığın İnkişafı Fondu kredit faizlərini endirdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sahibkarlığın İnkişafı Fondu kreditlər üzrə faiz dərəcəsini aşağı salıb.

Oxu.Az xəbər verir ki, bu gün Bakı Biznes Mərkəzində keçirilən tədbirdə elan olunan yeniliklərə əsasən, fond bundan sonra kreditlərini illik 6 faizlə deyil, 5 faizlə verəcək. 

Endirimdən “zərərə düşən” isə müvəkkil banklardır. Çünki əvvəllər banklar fondun vəsaitini kredit verərkən 5 faiz gəlir götürürdülərsə, son dəyişikliklərdən sonra 4 faizə düşüb. Yəni illik 5 faizlə verilən kredit üzrə faizlərin 1 faizi fonda, 4 faizi isə banka çatacaq. 

Dəyişikliklərdən daha biri ortahəcmli kreditlərin həcminə aiddir. Belə ki, kreditlərin həcmi 50 min manatdan bir milyon manata yüksəldilib.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib ki, ötən dövr ərzində layihələrin ümumi dəyəri 4,9 mlrd. manat olan 36 min sahibkarın layihəsi maliyyələşdirilib:

“Bunun da 2,2 milyard manatı güzəştli kreditlər hesabına həyata keçirilib. Vəsaitin bir milyard manatı büdcə vəsaiti, qalanı isə geri qaytarılan vəsaitlər hesabına maliyyələşdirilib. Kreditlərin 72 faizi aqrar sektorun, 28 faizi isə sənaye və digər sahələrin payına düşüb”. 

Qeyd edək ki, rəsmi məlumatlara görə, fond vəsaitlərinin 75 faizini regionlara, 25 faizini isə Bakıətrafı qəsəbələrdəki sahibkarlara verib. Dövlət vəsaitinin düzgün və təyinatı üzrə xərclənməsinə isə həm müvəkkil banklar, həm də fond özü nəzarət edib.  

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri