Okt
2018
12:21
372
50
4914
Virtual karabakh

Azərbaycanda dollara tələbat azalıb

3 Okt, 2018
12:21
4914

Azərbaycanda dollara tələbat azalıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bankların dollara olan tələbatı sentyabr ayında iki dəfə azalıb.  

Oxu.Az xəbər verir ki, Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2018-ci ilin sentyabr ayı ərzində valyuta hərraclarında 394,8 milyon ABŞ dolları satılıb. 

Halbuki, avqust ayı ərzində fond valyuta bazarına 733,7 milyon ABŞ dolları məbləğində vəsait çıxarmışdı. Bu isə onu deməyə əsas verir ki, qonşu Rusiya və Türkiyədə partlayan “dollar bombası”nın Azərbaycan vətəndaşlarına psixoloji təsirləri artıq səngiməyə başlayıb. 

Əgər ay ərzində Mərkəzi Bankın nəzarəti ilə “Bloomberg” platforması üzərindən səkkiz hərracın keçirildiyini nəzərə alsaq, fondun təxminən hər hərraca 50 milyon dollar çıxardığı məlum olur. 

Qeyd edək ki, ARDNF tərəfindən 2017-ci ilin sentyabr ayı ərzində cəmi 252,2 milyon ABŞ dolları satılmışdı. Bu isə fondun dollar satışının bu ilin sentyabrında ötən ilin eyni dövrünə nisbətdə 142,6 milyon manat artdığını göstərir. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri