Okt
2018
11:20
247
46
2169
Virtual karabakh

Neftin qiyməti 100 dollara çatacaq - PROQNOZ

5 Okt, 2018
11:20
2169

Neftin qiyməti 100 dollara çatacaq - PROQNOZ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Neftin bir barelinin qiyməti İrana qarşı sanksiyalara görə 100 dollara çata bilər.

Oxu.Az xəbər verir ki, “Qazprom” neft şirkətinin rəhbəri Aleksandr Dyukov belə bir açıqlama verib: 

“Qiymətə gəldikdə isə, şübhəsiz ki, İran neftinə münasibətdə tətbiq edilməsi gözlənilən sanksiyalarla əlaqədar olaraq kəsirin yaranma riski qiymətə təsir edir”.

Artıq Rusiyanın neft şirkəti “Lukoi”lin rəhbəri Vaqif Ələkbərov, ABŞ-ın İrana qarşı sanksiyaları səbəbindən risk götürmək istəmədiklərini bildirərək, “İrandan neft idxalını dayandırmışıq”,- deyib.

“Lukoil”in beynəlxalq bir şirkət olduğunu xatırladan Ələkbərov “Sanksiyalarla bağlı risklər çox böyükdür və hər hansı bir məhdudiyyəti pozmaq istəmirik. İrandan neft idxalını dayandırmışıq”,- deyib.

ABŞ rəhbərliyinin İranın neft ticarətini hədəfə alan ikinci mərhələ sanksiyalarının 5 noyabrda qüvvəyə minəcəyi gözlənilir.

“Neftin dünya qiyməti indiyə qədər üç dəfə qalxardı, amma OPEC+ ölkələrinin bu ilin iyununda hasilatı bir milyon barel artırmaq haqqında qərar vermələri buna mane oldu”. 

Bunu isə OPEC katibi Mohammad Barkindo bildirib. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri