Okt
2018
11:32
16
64
2992
Virtual karabakh

Büdcəyə dəyişikliklər ediləcək

8 Okt, 2018
11:32
2992

Büdcəyə dəyişikliklər ediləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2019-cu il üzrə dövlət büdcəsində artımlar gözlənilir. Hələlik artımın nə qədər olduğu dəqiq məlum olmasa da, artım mütləq olacaq və nəzərdə tutulur.

Bu haqda Oxu.Az-a parlamentdən bildirilib.

Qeyd olunub ki, müəyyən istisnalarla son illərdə daim büdcədə əvvəlki illə müqayisədə artımlar olub və ya büdcəyə sonradan dəyişikliklər nəticəsində artımlar edilib:

“Bildiyiniz kimi, 2018-ci ilin büdcəsinə bu ilin növbədənkənar sessiyasında dəyişiklik edildi, dövlət büdcəsinə təxminən iki milyarddan bir qədər artıq artım əlavə olundu. Odur ki, növbəti ilin büdcəsində artım olacağı gözlənilir və nəzərdə tutulur”.

Bildirilib ki, büdcədə bir sıra sahələr üzrə əvvəlki illə müqayisədə azaldılmalar edilməsi nəzərdə tutulub. Bununla yanaşı, qeyd edək ki, 2019-cu il dövlət büdcəsi və icmal büdcəsi layihələrinin MM-də müzakirə ediləcəyi tarix də məlum olub.

Büdcə zərfinə daxil olan layihələr parlamentin noyabrın 13-15-də keçiriləcək plenar iclaslarında müzakirəyə çıxarılacaq.

Sənədlər yaxın vaxtlarda MM-ə göndəriləcək və ilkin olaraq, komitə iclaslarında müzakirələrdən keçiriləcək, sonra isə plenar iclaslara tövsiyə olunacaq.

Büdcə zərfi ilə bağlı deputatları maliyyə naziri Samir Şərifov məlumatlandıracaq.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri