Okt
2018
17:03
276
56
4310
Virtual karabakh

Nazir: STAR neft emalı zavodu gələn həftə istifadəyə veriləcək

9 Okt, 2018
17:03
4310

Nazir: STAR neft emalı zavodu gələn həftə istifadəyə veriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

STAR neft emalı zavodu (NEZ) gələn həftə istifadəyə veriləcək.

Oxu.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönmez deyib.

Onun sözlərinə görə, zavod illik 10 milyon ton emal gücünə malik olacaq.

“Bu zavod Türkiyənin neft məhsulu ehtiyacının 25 faizini qarşılayacaq və ölkəmizin idxaldan asılılığının azalmasına fayda verəcək”, - nazir bildirib. 

Xatırladaq ki, STAR zavodunun təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub.

SOCAR-ın 6,3 milyard dollar kapitalla Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda, “Petkim” neft-kimya kompleksinin ərazisində inşa etdiyi STAR neft emalı zavodunda avqustdan etibarən sınaq məqsədilə xam neft emalına başlanılıb. Belə ki, avqustda “SOCAR Trading” şirkəti 80 min ton “Azeri Light” markalı neftini STAR zavoduna tədarük edib.

Sentyabrın 1-də isə “Rosneft” və “SOCAR Trading” şirkətləri arasında Rusiya neftinin Türkiyədəki STAR neft emalı zavoduna (NEZ) tədarükü haqqında müqavilə imzalanıb.

Sazişə əsasən, hər il Türkiyənin STAR neft emalı zavoduna Rusiyanın 1 milyon ton həcmində “Urals” markalı nefti tədarük ediləcək. Müqavilədə nəzərdə tutulub ki, Rusiya neftinin NEZ-ə tədarükünü “SOCAR Trading” şirkəti həyata keçirəcək.

Qeyd edək ki, STAR NEZ-də dizel yanacağı, aviasiya kerosini, maye qaz və digər məhsullar istehsal olunacaq. Zavod neftin “Azeri Light”, “Kerkuk” və “Urals” kimi növlərinin emalını həyata keçirəcək.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri