Okt
2018
16:39
39
78
3093
Virtual karabakh

BVF Azərbaycanla bağlı proqnozlarını açıqladı

9 Okt, 2018
16:39
3093

BVF Azərbaycanla bağlı proqnozlarını açıqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Beynəlxalq Valyuta Fondu bu il Azərbaycanda ÜDM-nin artımını 1,3% səviyyəsində proqnozlaşdırır.

Oxu.Az -ın xəbərinə görə, “World Economic Outlook” icmalında qeyd olunur ki, 2019-cu ildə Azərbaycanda ÜDM-in artımı 3,6%-dək sürətlənəcək.  

Fondun dəyərləndirməsinə görə, 2023-cü ildə Azərbaycanda ÜDM-in artımı 2% olacaq. 

İnflyasiya göstəriciləri üzrə BVF daha optimist rəqəmlər açıqlayıb. Belə ki, proqnozlara əsasən, 2019-cu ildə Azərbaycanda inflyasiya 3,5%-dək, 2020-ci ildə 3,3%-dək azalacaq. 2023-cü il üzrə Azərbaycanda orta illik inflyasiya isə 3% səviyyəsində proqnozlaşdırılır.

BVF 2018-ci ildə Azərbaycanın tədiyyə balansının profisitini ÜDM-nin 6,6, 2019-cu ildə ÜDM-nin 8,1, 2023-cü ildə ÜDM-nin 9,6 faizi səviyyəsində dəyərləndirib. 

Bu il və gələn il üçün Azərbaycanda işsizlik göstəricisi 5 faiz səviyyəsində saxlanılıb. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri