17 
Okt
2018
11:37
7
17
2059
Virtual karabakh

Azərbaycan DİF-in rəqabət qabiliyyəti reytinqində

17 Okt, 2018
11:37
2059

Azərbaycan DİF-in rəqabət qabiliyyəti reytinqində

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan iqtisadiyyatın qlobal rəqabət qabiliyyətinin sıralamasında 69-cu yeri tutub. 

Oxu.Az xəbər verir ki, hesabat Dünya İqtisadi Forumunun (DİF) saytında yayımlanıb və bu, təşkilatın yeni nəsil “4.0” metodologiyası ilə hazırlanıb. 

Hesabatda bildirilir ki, Azərbaycan sosial bərabərliyin dünyada ən yaxşı səviyyədə təmin olunduğu ölkə hesab olunur. 

Reytinqdə birinci yeri ABŞ tutub. O, İsveçrənin doqquz illik liderliyinə son qoyub. İlk beşliyi Sinqapur, Almaniya, İsveçrə və Yaponiya tamamlayıb. 

“İnterfaks-Azərbaycan”ın məlumatına görə, ötənilki reytinqlə müqayisədə, Azərbaycan “infrastruktur”, “ictimai institutlar”, “İKT potensialı”, “əmək bazarı”, “biznesin dinamikası” üzrə mövqeyini yaxşılaşdırıb, “makroiqtisadiyyat” və “maliyyə bazarının zəif inkişafı” indikatorları üzrə isə mövqeyini zəiflədib. Buna ötən il ölkədə qeydə alınan yüksək inflyasiya, bank kreditləri üzrə problemlərin həll edilməməsi və kapitallaşma səviyyəsinin aşağı olması səbəb olub. 

Azərbaycan bu rəqabət qabiliyyətlərinin sıralamasında aşağı göstəriciyə sahib olub: “maliyyə bazarının zəif inkişafı” (96-cı yer), “sağlamlıq” (91-ci yer), “makroiqtisadiyyat sahəsi” (126-cı yer), “innovasiya potensialı” (71-ci yer).

Azərbaycanın yüksək göstəriciyə sahib olduğu indikatorlar isə bunlardır: “biznesin dinamikası” (31-ci yer), “əmək bazarı” (40-cı yer), “məhsul bazarı” (37-ci yer), “infrastruktur” (46-cı yer), “bacarıq” (54-cü yer), “ictimai institutlar” (58-ci yer), “bazarın ölçüsü” (65-ci yer), “İKT potensialı” (69-cu yer).

Reytinqə görə, Azərbaycanın dünya ÜDM-də payı 0,14 faizdir.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri