12 
Dek
2018
10:44
205
33
8221
yuxarı
Rusiya bankı Azərbaycanı tərk edir
12 Dek, 2018
10:44
8221
205
33
Rusiya bankı Azərbaycanı tərk edir
“Rusiya Kənd Təsərrüfatı Bankı” SC-nin (“Rosselxozbank”) Azərbaycandakı nümayəndəliyi ləğv olunduğunu elan edib.
Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə məlumat “Vergilər” qəzetinin xüsusi buraxılışında qeyd olunub.
Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, ev 44, korpus 1 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, “Rusiya Kənd Təsərrüfatı Bankı”nın Azərbaycandakı nümayəndəliyi 2010-cu ilin martın 16-da dövlət qeydiyyatına alınıb. Nümayəndəliyin qanuni təmsilçisi Bəxtiyar Ağayevdir.
Oxu.Az yeniləndi!