18 
Dek
2018
17:33
14
306
2083
Virtual karabakh

Azərbaycanın dərmana xərclədiyi pul artıb

18 Dek, 2018
17:33
2083

Azərbaycanın dərmana xərclədiyi pul artıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2018-ci ilin yanvar-noyabr aylarında Azərbaycana 15 min 451 ton əczaçılıq məhsulları idxal olunub.

Oxu.Az xəbər verir ki, bunun üçün Azərbaycan xarici dərman şirkətlərinə 266 mln. 826,67 min dollar ödəyib.

Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, dava-dərmanın idxalda xüsusi çəkisi 2.59% təşkil edir.

Qeyd edək ki, 2017-ci ilin yanvar-noyabr aylarında Azərbaycana 228 mln. 328,55 min dollar dəyərində 14 min 259,35 ton əczaçılıq məhsulu gətirilmişdi. Beləliklə, 2018-ci ilin ötən on bir ayında bu məhsulların ölkəyə idxalına çəkilən xərc 16,8% artıb.

İlhamə Abdullayeva
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri