19 
Dek
2018
11:54
31
374
42961
Virtual karabakh

“Azəriqaz”dan qaz limiti ilə bağlı – AÇIQLAMA

19 Dek, 2018
11:54
42961

“Azəriqaz”dan qaz limiti ilə bağlı – AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2019-cu ilin yanvar ayının 1-də qaz sərfiyyatı ilə bağlı abonentlərin limiti yenilənəcək.

Bunu Oxu.Az-a açıqlamasında “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev bildirib.

Qeyd edək ki, bu, Tarif Şurasının 22 dekabr 2016-cı il, 19 nömrəli qərarına əsasən tətbiq olunur.

Qərara əsasən, illik istehlak həcminin 1700 kubmetri 10 qəpik tariflə, yəni 170 manat, 1700 kubmetrdən çox olan hissəsinin hər kubmetri isə 20 qəpik tariflə hesablanır.

İlhamə Əbülfət
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri