11 
Yan
2019
09:53
128
69
13362
Virtual karabakh

Enerji içkiləri və tütün məmulatları ilə bağlı - MÜHÜM QƏRAR

Artıq supermarketlərdə enerji içkilərinin qiyməti bir neçə gündür qalxsa da, “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələri”ndə dəyişikliklər edilməsi barədə Nazirlər Kabinetinin qərarı yanvarın 10-dan bu məsələləri tənzimləyir.  

Oxu.Az xəbər verir ki, qərara görə, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunla əlaqədar alkoqolsuz enerji içkiləri üzrə aksiz vergilərinin məbləği aşağıdakı kimidir.

şəkər əlavələri və ya digər şirinləşdirici və ya dad-aromatik maddələr əlavə edilmiş alkoqolsuz energetik içkilər

1 litr üçün 3,0 manat

meyvə və tərəvəz şirəsi əsaslı alkoqolsuz energetik içkilər

1 litr üçün 3,0 manat

“Aksizli malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun kodları” sütununda isə belə əlavələr edilib:

tərkibində tütün olan siqarlar, o cümlədən ucları kəsilmiş siqarlar

1 ədəd üçün 1,0 manat

tərkibində tütün olan siqarillalar

1000 ədəd üçün 20,0 manat

Bundan başqa, tütün məmulatları üzrə aksiz markaları 1000 ədəd üçün 28 manat təşkil edəcək. Elektron siqaretlər üçün mayenin 1 litri üzrə aksiz vergisinin məbləği isə 20 manat təşkil edəcək.

tərkibində tütün əvəzləyicisi olan siqarlar

1 ədəd üçün 1,0 manat

tərkibində tütün əvəzləyicisi olan siqarillalar

1000 ədəd üçün 20,0 manat

tərkibində tütün əvəzləyicisi olan siqaretlər

1000 ədəd üçün 28,0 manat

İlhamə Abdullayeva

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri