31 
Yan
2019
15:54
78
312
3737
Virtual karabakh

Elman Rüstəmov: Dolların bahalaşmasına əsas yoxdur

31 Yan, 2019
15:54
3737

Elman Rüstəmov: Dolların bahalaşmasına əsas yoxdur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda dolların məzənnəsinin yenidən qalxacağı ilə bağlı yayılan xəbərlərə Mərkəzi Bankın sədri Elman Rüstəmov aydınlıq gətirib.

Oxu.Az xəbər verir ki, o, Unikal.org-a açıqlamasında bu cür xəbərləri şayiə adlandırıb:

“Əsası olmayan boş-boş sözlər danışırlar. Bugünkü gündə dolların məzənnəsinin manata nisbətən bahalaşmasına heç bir əsas yoxdur. Bununla bağlı Mərkəzi Bankın da qərarları var. Ölkədə dolların bahalaşması ilə bağlı məsələ müzakirə olunmur. Azərbaycanda cari ilə bütün makroiqtisadi situasiya makroiqtisadi sabitlik üzərində qurulub”.

E.Rüstəmov Azərbaycan nefti dünya bazarında ucuzlaşsa belə, bunun dolların bahalaşmasına təsir etməyəcəyini də vurğulayıb:

“Bütün bunlara görə Mərkəzi Bank və hökumətin vahid planı var. Qeyd etdiyim kimi, makroiqtisadi situasiya nəzarət altındadır. 2017-2018-ci illərdə ölkədə makroiqtisadi sabitlik hökm sürüb. 2019-cu ildə də belə olacaq”.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri