Fev
2019
11:51
43
145
1844
Virtual karabakh

AMB sədri: Manatın məzənnəsi üçün heç bir təhlükə yoxdur

1 Fev, 2019
11:51
1844

AMB sədri: Manatın məzənnəsi üçün heç bir təhlükə yoxdur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mərkəzi Bank uçot dərəcəsini 0,5 faiz ucuzlaşdırmaq haqqında qərar qəbul edib.

Oxu.Az xəbər verir ki, Mərkəzi Bank sədri Elman Rüstəmovun sözlərinə görə, bu, onu göstərir ki, manatın məzənnəsi üçün heç bir təhlükə yoxdur.

Mərkəzi Bank sədri qeyd edib ki, neftin qiyməti dekabr ayından bəri 20% artıb və proqnozlara görə, “qara qızıl”ın qiyməti 60-70 dollar arasında dəyişəcək:

“Tərəzinin sol gözündə risk faktorları var və bunlar xarici faktorlardan çox asılıdır, ancaq balansın tapılması üçün ciddi tədbirlər görülür”.

Elman Rüstəmov jurnalistlərə müraciət edib:

“Xahiş edirəm “devalvasiya” sözündən az istifadə edin, əvəzinə çevik məzənnə, üzən məzənnə, yumşaq məzənnə terminlərini işlətmək daha düzgündür”.

İlhamə Abdullayeva

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri