19 
Fev
2019
11:13
12
94
1257
Virtual karabakh

Bakıda Xəzərin bölgüsü müzakirə olunur

19 Fev, 2019
11:13
1257

Bakıda Xəzərin bölgüsü müzakirə olunur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəzər dənizi məsələləri üzrə yüksək səviyyəli İşçi qrupu ərazi sularının birbaşa çıxış xətlərinin müəyyən edilməsi ilə bağlı Bakıda müzakirələr aparır.

Oxu.Az-ın məlumatına görə, Azərbaycanın yüksək səviyyəli İşçi qrupundakı nümayəndəsi Xələf Xələfov açılış nitqində bildirib ki, danışıqlarda irəliləyiş var, bir neçə dəyişiklik olunub və bütün bunlar İşçi qrupunun ilk iclasında müzakirə olunacaq. 

“Ölkələr regionda sabitliyi təmin edən sənəd imzalayıb. Xəzər hövzəsindəki bu sabitlik bütün dünya üçün nümunə ola bilər”, - deyə o əlavə edib.

X.Xələfov əlavə edib ki, gündəmdə yer alan məsələlərdən biri də ərazi sularının və balıqçılıq zonalarının müəyyən edilməsi məqsədilə birbaşa çıxış xətlərinin təsbit olunması metodikasıdır.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri