Mar
2019
10:50
69
33
1325
Virtual karabakh

Azərbaycanda ilk dəfə “Kibertəhlükəsizlik həftəsi” keçiriləcək

4 Mar, 2019
10:50
1325

Azərbaycanda ilk dəfə “Kibertəhlükəsizlik həftəsi” keçiriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda ilk dəfə olaraq “Kibertəhlükəsizlik həftəsi” keçiriləcək. Tədbir 11-15 mart tarixlərini əhatə edəcək və hökumət, biznes, diplomatik nümayəndələr, internet mütəxəssisləri iştirak edəcəklər. 

Oxu.Az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi Faiq Fərmanov tədbir zamanı ən maraqlı hissənin “Hackathon” olacağını bəyan edib.

Belə ki, kibertəhlükəsizlik üzrə ən yaxşı kadrlar buraya toplaşaraq yarışacaqlar. 

F.Fərmanov bildirib ki, bütün maraqlı şəxslər - proqramçılar, sistem və şəbəkə inzibatçıları burada yarışa bilərlər. 

Birinci yer üzrə 4000 manat, ikinci yer üzrə 2000 manat, üçüncü yer üçün 1000 manat ödəniləcək. 

Həmçinin, “Uşaqlar və təhlükəsiz internet” mövzusunun müzakirəsi də gündəlikdədir.  

BMT-nin İnkişaf Proqramının layihə meneceri Vasif Məmmədov bildirib ki, Regional İnternet İdarəçilik Forumunda beynəlxalq nümayəndələr iştirak edəcəklər. Bundan sonra isə internet idarəçiliyi forumunun keçirilməsi nəzərdə tutulur. 

“Azərbaycan artıq bulud təhlükəsizliyindən danışır. Çünki ölkəmizdə bulud texnologiyası geniş inkişaf edib”, - deyən “AzInTelecom” MMC-nin direktor müavini Ceyhun Əliyevin açıqlamasına görə, məlumatların rezervlənməsi xidməti, saxlanılan məlumatların itkisinin qarşısının alınmasına dair təqdimatlar olacaq.

İlhamə Abdullayeva

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri