Mar
2019
10:37
20
296
1121
Virtual karabakh

Əli Əhmədov: Hər il əmək bazarına 100 mindən artıq işçi qüvvəsi daxil olur

6 Mar, 2019
10:37
1121

Əli Əhmədov: Hər il əmək bazarına 100 mindən artıq işçi qüvvəsi daxil olur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Neftin qiymətinin dünya bazarındakı dəyişiklikləri Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi prosesini sürətləndirib. Bu gün Dünya Bankının və İqtisadiyyat Nazirliyinin birgə təşkil etdiyi yüksək səviyyəli forumun sonunda bir neçə addımla bağlı konkret razılaşmalar əldə olunacaq.

Oxu.Az xəbər verir ki, baş nazirin müavini Əli Əhmədov “İqtisadiyyatın Şaxələndirilməsi - Özəl Sektorun Rolu üzrə Yüksək Səviyyəli Forum”da çıxışında Azərbaycanın 2000-ci illərdən bəri 12% inkişaf nəticəsi göstərən bir ölkə kimi tanındığını söyləyib.

Neft ölkəsi kimi tanınan Azərbaycanın “qara qızıl”ın qiymətindəki ucuzlaşmalardan sonra yeni iqtisadi çağırışlara istiqamətləndiyini vurğulayıb:

“Müharibə nəticəsində bir milyona yaxın qaçqın və məcburi köçkünlərimiz var və torpaqlarımızın bir hissəsi işğaldadır. Təbii ki, bu, iqtisadi inkişafa mənfi təsir edir, bunu nəzərə almaq lazımdır. Yeni mərhələdə dərin iqtisadi layihələrə çatmaq yolları çox müxtəlif ola bilər və bunlardan biri iqtisadiyyatın diversifikasiyasıdır”.

Ə.Əhmədovun sözlərinə görə, 2018-ci ildə Azərbaycan iqtisadiyyatı 1,4% artıb. 2%-dən artıq qeyri-neft sənayesi inkişaf göstərib.

Kənd təsərrüfatında artım 3%-dən artıq olub.

Baş nazirin müavini özəl sahə, xüsusilə kiçik və orta sahibkarlığın inkişafının mühüm əhəmiyyət kəsb etdiyini söyləyib:

“İş yerlərinin təminatı baxımından bu sahələr böyük əhəmiyyət kəsb edir. Hər il əmək bazarına 100 mindən artıq işçi qüvvəsi daxil olur. Yaxın illərdə bu rəqəm 120 minə yaxın olacaq”, - deyən baş nazirin müavini kiçik və orta sahibkarlığın inkişafı üçün hüquqi baza, maliyyə resurslarına çıxışın təmin edilməsi, ixrac potensialının artırılmasını önə çəkib.

O bildirib ki, iqtisadiyyatın diversifikasiyası çox vacib vəzifə kimi qarşıya qoyulub və Azərbaycan hökuməti özəl sektorun inkişafına dəstək verməyə hazırdır.

İlhamə Abdullayeva

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri