Apr
2019
16:24
249
31
1858
Virtual karabakh

Aprel döyüşlərinə həsr olunmuş poçt markaları təqdim olundu - QİYMƏT

3 Apr, 2019
16:24
1858

Aprel döyüşlərinə həsr olunmuş poçt markaları təqdim olundu - QİYMƏT

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC tərəfindən “Aprel döyüşləri-2016. Lələtəpə” adlı poçt markaları və birinci gün zərflərinin təqdimatına həsr olunmuş tədbir keçirilib.

Tədbirdə 100 ədəd birinci gün zərfi xüsusi hazırlanmış xatirə ştempeli ilə möhürlənərək satışa çıxarılıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü və “Zəfər” İctimai Birliyinin rəhbəri Sevinc Orucovanın yaxından iştirakı ilə hazırlanmış markalar işğal olunmuş Dağlıq Qarabağ ərazisində 1-5 aprel 2016-cı il tarixlərində Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində baş vermiş döyüşlərin üç illiyinə həsr edilib.

Markaların buraxılmasında əsas məqsəd Azərbaycan ordusunun işğal olunmuş ərazilərdəki uğurlu əməliyyatlarından biri sayılan Aprel döyüşlərində yüksək şücaət nümayiş etdirərək, Vətən uğrunda canından keçmiş zabit və əsgərlərin xatirəsini əbədiləşdirmək, onların qəhrəmanlığını gələcək nəsillərə çatdırmaqdan ibarətdir.

Markanın üzərində qrafik şəkildə hərbi kamuflyaj fonunda Aprel döyüşlərinin ən əhəmiyyətli uğuru sayılan Lələtəpə yüksəkliyi, təpənin üzərində Azərbaycan bayrağı təsvir olunub.

Səkkiz markadan ibarət kiçik vərəq şəklində hazırlanmış markaların rəssamı Nəriman Məmmədzadədir. Markalar Belarus Respublikasının Bobruysk şəhərində, A.T.Nepoqodin adına mətbəədə 24 000 tirajla (səkkiz markadan ibarət 3000 kiçik vərəq) çap olunub. Bir markanın ölçüsü 40x28 mm, vərəqin ölçüsü 98x130 mm-dir.

Qeyd edək ki, markanın birinin nominal dəyəri 60 qəpikdir və bir vərəqdə səkkiz belə marka yerləşir. Beləliklə, qiymət 4 man 80 qəpik təşkil edir. 

İlhamə Abdullayeva 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri