Apr
2019
23:18
166
60
2059
Virtual karabakh

Azərbaycan-İsrail Ticarət Palatasının fəaliyyətinə həsr olunan tədbir keçirilib - FOTO/VİDEO

4 Apr, 2019
23:18
2059

Azərbaycan-İsrail Ticarət Palatasının fəaliyyətinə həsr olunan tədbir keçirilib - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aprelin 4-də Azərbaycan-İsrail Ticarət Palatasının fəaliyyətinə həsr edilən tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət qurumlarının, İsrailin Azərbaycandakı səfirliyinin əməkdaşları və sahibkarlar iştirak ediblər.

Azərbaycan-İsrail Ticarət Palatasının sədri Aleks Kaplun tədbirin əhəmiyyətindən, iki dost ölkə arasında sosial-iqtisadi əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsinin zəruriliyindən danışıb. Ticarət Palatasının yaradılmasının Azərbaycan-İsrail iqtisadi əlaqələrinin dərinləşməsində mühüm rol oynadığını bildirən A.Kaplun qurumun gələcək fəaliyyətinə həsr olunan təqdimatla çıxış edib.

Vergilər naziri, Azərbaycan-İsrail Hökumətlərarası Komissiyanın həmsədri Mikayıl Cabbarov ölkələrimiz arasında iqtisadi əlaqələrin mövcud vəziyyəti, qarşılıqlı ticari dövriyyələrin həcminin artırılması və şaxələndirilməsi istiqamətində görülən işlər barədə danışıb. Qeyd edib ki, Azərbaycan-İsrail Ticarət Palatası bu əməkdaşlığın genişləndirilməsi üçün böyük işlər görə bilər.

İki ölkə arasında biotexnologiyalar, kənd təsərrüfatı, informasiya texnologiyaları, turizm və telekommunikasiya sahələrində, həmçinin təhsil, səhiyyə və əczaçılıq sektorunda əməkdaşlığı genişləndirmək üçün böyük potensial olduğu vurğulayan M.Cabbarov hazırda Azərbaycanda 78 İsrail kapitallı hüquqi və fiziki şəxs ödəyicisinin çalışdığını, İsrail səramyədarlarının və işgüzar dairələrinin ölkəmizdə fəaliyyətinin daha da genişləndirilməsi üçün əlverişli şəraitin mövcud olduğunu diqqətə çatdırıb.

Tədbirdə, həmçinin İsrailin Azərbaycandakı səfiri Dan Stav iki ölkə arasındakı ikitərəfli münasibətlərin tarixi köklərindən və region üçün strateji əhəmiyyətindən danışıb. Qeyd edib ki, Azərbaycan-İsrail əlaqələri qarşılıqlı maraqlara söykənir, dünyada və regionda sülhün, əmin-amanlığın möhkəmləndirilməsinə xidmət edir.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri