Apr
2019
13:37
87
496
12794
Virtual karabakh

Kartof ixracına gömrük rüsumu tətbiq edildi - Bir kiloqrama bir 2 dollar

6 Apr, 2019
13:37
12794

Kartof ixracına gömrük rüsumu tətbiq edildi - Bir kiloqrama bir 2 dollar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Təzə və ya soyudulmuş kartofun Azərbaycana idxalına gömrük rüsumu tətbiq edilib.

Oxu.Az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edib.

Qərara əsasən, hər il mart, aprel, may, sentyabr, oktyabr və noyabr ayları üzrə təzə və ya soyudulmuş kartofun idxalı gömrük rüsumundan azad edilir.

Digər aylarda isə kartofun gömrük dəyərinin 15 faizi həcmində idxal gömrük rüsumu tətbiq olunur.

Dəyişikliyə əsasən, 2019-cu il aprelin 30-dək təzə və ya soyudulmuş kartofun 1 kiloqramına 1 dollar idxal gömrük rüsumu tətbiq olunacaq.

Mayın 31-dək isə Azərbaycandan xaricə ixrac olunacaq kartofun hər kiloqramına 2 dollar gömrük rüsumu qoyulacaq. 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri