30 
Apr
2019
16:57
135
473
4189
Virtual karabakh

Azərbaycan BƏƏ, İran və Çinə ət ixrac edəcək - VİDEO

30 Apr, 2019
16:57
4189

Azərbaycan BƏƏ, İran və Çinə ət ixrac edəcək - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xaçmazda ölkənin ən böyük ət kəsim müəssisələrindən biri inşa edilir.

Oxu.Az-ın Şimal bölgəsi üzrə müxbirinin xəbərinə görə, yeni tikilən müəssisə gündəlik 400-500 baş xırdadırnaq, 300 baş isə iribuynuzlu heyvanın kəsimini və çeşidləməsini aparmaq gücünə malik olacaq.

5 ay öncə tikintisinə başlanılan kəsim məntəqəsində heç bir tullantı olmadan satış həyata keçiriləcək.

ISO standartlarına cavab verən kəsim məntəqəsi üçün avadanlıqlar Türkiyə, Almaniya və Avstraliyadan gətirilir. May ayının sonlarından etibarən, müəssisə İran, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Çinə ət və ət məhsulları ixrac edəcək.
 
İlkin olaraq, müəssisədə 50 nəfər əməkdaşın çalışacağı bildirilir.

Sözügedən müəssisənin işə başlaması yol kənarında antisanitar formada ət kəsiminin də qarşısını alacaq. Artıq sahibkarlar kəsimi sözügedən müəssisədə aparacaqlar.

Tehran Orucoğlu

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri