30 
Apr
2019
15:33
30
73
1756
Virtual karabakh

“Expressbank” ilin ilk rübü üçün maliyyə hesabatını açıqladı

30 Apr, 2019
15:33
1756

“Expressbank” ilin ilk rübü üçün maliyyə hesabatını açıqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İş prinsiplərində və müştəri münasibətlərində şəffaflığa önəm verən, Azərbaycanın aparıcı banklarından olan “Expressbank” ASC 2019-cu ilin ilk rübü üçün maliyyə hesabatını açıqlayıb.

Cari ilin birinci rübündə “Expressbank” müştərilərə müxtəlif təyinatlı maliyyə məhsullarını uğurla təqdim edərək, ötən ilin eyni dövrü ilə müqayisədə xalis mənfəətini artırıb və dayanıqlılıq göstəricilərini gücləndirib.

Belə ki, yaradılmış ehtiyatlar üçün 229 min manat vəsait ayrılıb və xalis mənfəət ötən ilin eyni dövrü ilə müqayisədə 78 faiz artaraq 1 milyon 336 min manat təşkil edib. Kapitalın illik gəlirliyi isə birinci rüb üzrə 4.4 faiz olub.

2019-cu ilin əvvəlindən bankın müştərilərə verdiyi kredit portfeli ötən ilin I rübü ilə müqayisədə 27 faiz artaraq 240 milyon 830 min manat təşkil edir. Bununla yanaşı, kredit risklərinin səmərəli idarə edilməsi nəticəsində portfelin problemli hissəsi isə ötən ilin eyni rübü ilə müqayisədə 2.6 faizdən 1.87 faizə enib.

Müştərilərə yüksək səviyyədə xidmət göstərilməsinə və onların etibarlı tərəfdaşına çevrilməsinə hədəflənən “Expressbank” 2018-ci ilin ilin birinci rübü ilə müqayisədə maliyyə dayanıqlılığının yüksək olması ilə əhalinin banka artan etibarını aydın nümayiş etdirir. Bunun nəticəsində əmanətlər 15 faiz artaraq 99 milyon 658 min manata çatıb. Həmçinin, ilk rübdə bankın faiz gəlirləri 9 milyon 318 min manat, faiz xərcləri isə 2 milyon 470 min manat təşkil edib.

Hesabatla daha ətraflı tanış olmaq üçün linkə keçə bilərsiniz:

Link: 2019-cu il I rüb hesabat

Qeyd edək ki, pərakəndə və biznes bankçılıq sahəsində fəaliyyət göstərən, geniş maliyyə məhsulu və xidmətlərinə malik olan “Expressbank”ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrinə daxil olaraq əldə edə bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri