May
2019
22:54
20
181
4320
Virtual karabakh

“Qırmızı Körpü” gömrük postunda məhdudiyyət yaranıb

2 May, 2019
22:54
4320

“Qırmızı Körpü” gömrük postunda məhdudiyyət yaranıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

 Bu gün saat 19:35 -dən etibarən Qərb Ərazi Baş Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən “Qırmızı Körpü”  gömrük postunda şəxslərin və nəqliyyat vasitələrinin keçidində müvəqqəti məhdudiyyət yaranıb.

Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata görə, məhdudiyyətin yaranmasına Gürcüstanın sərhədkeçmə proseslərini tənzimləyən müvafiq idarəetmə sistemində baş verən nasazlıq səbəb olub.

Dövlət Gömrük Komitəsinin aidiyyəti qurumları qarşı tərəflə danışıqlar aparıb və hazırda sistemdə baş verən nasazlığın aradan qaldırılması üçün tədbirlər görüldüyü, problemin tezliklə həllini tapacağı bildirilib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri