29 
May
2019
11:15
106
74
1759
Virtual karabakh

Azərbaycan Novorossiyskə neft nəqlini bərpa edir

29 May, 2019
11:15
1759

Azərbaycan Novorossiyskə neft nəqlini bərpa edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Bakı-Novorossiysk boru xətti ilə neft nəqlini iyulun 1-dən etibarən bərpa edəcək.

RİA Novosti”nin məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Elşad Nəsirov bildirib.

“Neftin nəqli iyulun 1-dən bərpa olunacaq”, - deyə o, jurnalistlərə bildirib.

Xatırladaq ki, Bakı-Novorossiysk kəməri ilə neft nəqli planlı yoxlama işləri ilə əlaqədar, martın ortalarında müvəqqəti olaraq dayandırılmışdı. SOCAR rəsmisi İbrahim Əhmədov neft boru xəttində yoxlamaların aparıldığını, aşınma və nasazlıqların aşkarlanaraq təmir olunduğunu bildirmişdi.

“Transneft” şirkəti prezidentinin müşaviri İqor Demin bundan əvvəl mart ayında “RİA Novosti”yə verdiyi açıqlamada Bakıdan neft nəqlinin dayandırılmasından sonra “SOCAR”ın rəsmi şəkildə törəmə “Çernomortransneft” şirkətini Azərbaycandan neftin nəqlinin müvəqqəti olaraq Bakı-Tbilisi-Ceyhan” neft kəməri sistemi ilə gerçəkləşdiriləcəyi ilə bağlı məlumatlandırdığını bildirib.

Onun sözlərinə görə, Bakı-Novorossiysk xətti ilə neft nəqli məcburiyyətdən  - aşkarlanmış nasazlıqların aradan qaldırılması ilə əlaqədar dayandırılıb.

Qeyd edək ki, Bakı-Novorossiysk neft boru xətti 1,33 min kilometrdir. Kəmərin Azərbaycandan keçən hissəsinin əməliyyatçısı SOCAR-dır.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri