İyn
2019
19:14
94
25
2215
Virtual karabakh

SOCAR AQŞ və “Naftoqaz Ukrainı” gələcək ortaqlıq prinsiplərini müzakirə ediblər

3 İyn, 2019
19:14
2215

SOCAR AQŞ və “Naftoqaz Ukrainı” gələcək ortaqlıq prinsiplərini müzakirə ediblər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukraynanın “Naftoqaz Ukrainı” səhmdar şirkətinin kommersiya məsələləri üzrə direktoru Serqey Fedorenkonun başçılıq etdiyi nümayəndə heyəti SOCAR AQŞ-də olub.

Oxu.Az-a AQŞ-dən verilən məlumata görə, görüşdə Ukrayna nümayəndə heyəti müəssisənin həyata keçirdiyi qazma layihələri, əldə olunmuş nailiyyətlər və işçi personalının təkmilləşdirilməsi istiqamətində aparılan işlərlə yaxından tanış olub və müxtəlif təqdimatları izləyib.

Qonaqlar həmçinin, SOCAR AQŞ-nin bu günlərdə həyata keçirdiyi bir sıra mühüm qazma layihələri, o cümlədən olduqca mürəkkəb geoloji struktura malik ‘’Ümid-1’’ saylı özüldən SOCAR üzrə rekord dərinliyə- 6810 metrə qazılmış 16 nömrəli quyunun qazılması haqqında ətraflı məlumat əldə etdilər. İlk dəfə olaraq, ‘’Ümid’’ yatağında tətbiq edilmiş müxtəlif texniki həllər ukraynalı mütəxəssislərin böyük marağına səbəb oldu.

Görüşdə tərəflər hazırkı və gələcək layihələrdə ortaqlıq prinsiplərini daha da əlverişli əsaslarla müəyyənləşdirmək üçün maraqlı fikir mübadiləsi aparıb.

SOCAR AQŞ-də təşkil olunan görüşlər sırasında nümayəndə heyəti SOCAR AQS Drilling School (Qazma Məktəbi) və istehsalat sahələrində də oldular.

İlk milli müəssisə olaraq, Xəzəryanı regionda Beynəlxalq quyuya nəzarət forumunun (IWCf) Quyuya nəzarət təlim proqramının 2, 3, 4-cü və əsaslı təmir zamanı Təzyiqin nəzarətdə saxlanılmasıtəlim proqramının 3-cü və 4-cü səviyyələri üzrə akreditasiya olunmuş SOCAR AQŞ Qazma məktəbinin fəaliyyəti və öz unikallığı ilə seçilən müxtəlif peşə təlimi kursları ukraynalı həmkarlarda zəngin təəssürat yaratdı.

Qazma məktəbində keçirilən görüşdə gələcək əməkdaşlıq imkanları, təcrübə mübadiləsi və İstehsalat təcrübəsi istiqamətində fikir mübadiləsi aparıldı.

Səmimi qəbula görə müəssisə rəhbərliyinə təşəkkürünü bildirən Serqey Fedorenko iki ölkə arasında enerji sahəsində əməkdaşlıq üçün xeyli perspektivlərin mövcud olduğunu qeyd edərək SOCAR AQŞ ilə birgə layihələrin icrasında maraqlı olduqlarını vurğuladı.

Qeyd edək ki, SOCAR AQŞ MMC inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və Abşeron Qazma Şirkəti tərəfindən 2007-ci ildə təsis edilmişdir. Müəssisənin əsas fəaliyyəti quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz quyularının qazılması, maili istiqamətləndirilmiş quyuların qazılması, horizontal quyuların qazılması, quyuların mənimsənilməsi, quyuların əsaslı təmiri, yan lülələrin qazılması və çoxşaxəli quyuların qazılması ilə bağlı iş və xidmətlərin təqdim edilməsindən ibarətdir.

Hal-hazırda SOCAR AQŞ dayazsulu ‘’Günəşli ‘’yatağında yerləşən 7 və 11 saylı, “Qərbi Abşeron” yatağının 10 saylı, ‘’Ümid’’ yatağının 1 saylı və ‘’Bulla’’ yatağında 6 saylı Dəniz Stasionar Özüllərində (DSÖ) ‘qazma işləri aparır. 

Müəssisə, 2009-cu ildən etibarən IADC təşkilatının üzvüdür. SOCAR AQŞ, dənizdə neft və qaz quyularının qazılması və quyu təmiri xidmətlərinin göstərilməsi, kəmər endirmə xidmətləri, atqıya qarşı avadanlıqların və quyuağzı avadanlıqların təmiri və sınağı xidmətlərinin göstərilməsi üçün ISO 9001:2008, ISO 14001:2004 və OHSAS 18001:2007 beynəlxalq standartlarının tələblərinə əsasən sertifikatlaşdırılmışdır.

2017-ci ildə SOCAR AQŞ dənizdə neft və qaz quyularının qazılması və quyu təmiri xidmətlərinin göstərilməsi sahəsi üzrə API Spec Q2 Keyfiyyət İdarəetmə Sisteminin tələblərinə əsasən sertifikatlaşdırılmışdır.

Müəssisənin səhmdarları SOCAR, Nobel Oil Services və Abşeron Qazma MMC-dir.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri