12 
İyn
2019
12:56
41
77
1769
Virtual karabakh

Bu il TANAP-la Türkiyəyə nəql olunan qazın həcmi açıqlandı

12 İyn, 2019
12:56
1769

Bu il TANAP-la Türkiyəyə nəql olunan qazın həcmi açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2019-cu ilin beş ayında Türkiyəyə 790 milyon kubmetr Azərbaycan təbii qazı nəql edilib.

Bununla bağlı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) sosial şəbəkə hesabında məlumat verilib. 

Türkiyənin “Hürriyət” nəşri isə son bir ildə Türkiyəyə 1,8 milyard kubmetr Azərbaycan təbii qazının nəql edildiyini yazıb.

Qeyd edək ki, TANAP qaz boru kəmərinin istismara verilməsinin bir ili tamam olur. 

TANAP-la bağlı ilk addım 2011-ci il dekabrın 24-də bağlanan memorandumla atılıb. Layihənin təməlqoyma mərasimi 2015-ci il martın 17-də gerçəkləşib. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan iştirak edib. 

Ötən ilin bu günü TANAP-ın rəsmi açılış mərasimi baş tutub. 

Cənub Qaz Dəhlizinin əsas seqmentlərindən biri olan TANAP “Şahdəniz” qazının Türkiyə və Avropaya nəqlini nəzərdə tutur.

TANAP layihəsində “Cənub Qaz Dəhlizi” QSC 51%, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi “SOCAR Turkey Enerji A.Ş” 7%, BOTAŞ 30%, BP 12% paya malikdir.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri