26 
İyl
2019
15:33
25
306
8849
Virtual karabakh

Baş bankirdən 2019-un sonu üçün inflyasiya proqnozu

26 İyl, 2019
15:33
8849

Baş bankirdən 2019-un sonu üçün inflyasiya proqnozu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İlin sonuna kimi inflyasiyanın hədəf daxilində - 4±2% faiz həcmində qalacağı proqnozlaşdırılır. 

Oxu.Az-ın məlumatına görə, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib. 

Onun sözlərinə görə, yanvar-iyun aylarında malların ixracı 15 faiz, qeyri-neft ixracı 13 faizdən çox artıb:

“Neftin orta qiyməti ötən dövrdə 66 dolları üstələyib. Ölkənin strateji ehtiyatları 9,6 faiz, başqa sözlə, 4,3 milyard dollar artaraq 49 milyard dolları keçib”.

E.Rüstəmov bildirib ki, hazırda Azərbaycanda faktiki inflyasiya hədəfdən aşağıdır:

“İyun ayında aparılmış sorğu nəticəsində məlum olub ki, əhalinin cəmi 2,3%-i inflyasiya tempinin yüksələcəyini gözləyir. Bu, mart ayına nisbətən 10 faiz azdır”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri