26 
İyl
2019
17:56
38
179
2368
Virtual karabakh

POS-terminalların sayı azalıb

26 İyl, 2019
17:56
2368

POS-terminalların sayı azalıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cari ilin altı ayında aparılan nağdsız əməliyyatların həcmi iki milyard manat təşkil edib. Bu, keçən il aparılan nağdsız əməliyyatların həcmindən 58 faiz yüksəkdir.

Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Kəmalə Qurbanova deyib.

O bildirib ki, bu ilin altı ayında kart sahiblərinin sayı 6,7 milyon olub:

“Kart dövriyyəsində nağdsız əməliyyatların həcmi 20,1 faiz təşkil edib. Keçən il bu rəqəm 15,1 faiz idi. Elektron ticarətin həcmi keçən ilin altı ayı ilə müqayisədə 96 faiz artıb. Ödəniş sistemlərinin həcmi 125 milyard olub”.

Departament direktoru qeyd edib ki, POS-terminalların sayında cüzi azalma var:

“Bu, narahatedici fakt deyil, çünki POS-terminalların sayı yox, aparılan əməliyyatlar vacibdir”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri