Avq
2019
11:24
202
22
1850
Virtual karabakh

Şəkidə arıçılara dəstək - FOTO

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) arıçılıqla məşğul olan sahibkarların müraciəti əsasında arı ailələrinin Şəkinin Kiş kəndi ərazisində yerləşdirilməsinə dəstək göstərib.

KOBİA-dan verilən məlumata görə, agentliyin Şəki şəhəri üzrə “KOB Dostu” Kiş kəndi ərazisində arı ailələrinin yerləşdirilməsi üçün müvafiq icazənin alınması, bunun üçün lazım olan sənədlərin hazırlanaraq, aidiyyəti qurumlara təqdim olunmasında arıçı sahibkarlara - Kazım Qarayevə və Tahir İsmayılova dəstək olub. “KOB Dostu”nun dəstəyi və yerli qurumlarla əməkdaşlıq çərçivəsində arı ailələrinin Kiş kəndində meşə ərazisində yerləşdirilməsi təmin edilib.

Sahibkar Kazım Qarayev uzun müddətdir arıçılıqla məşğul olduğunu, arıçılığın onun əsas gəlir mənbəyi olduğunu bildirib:

“Arı ailələrinin meşə ərazisində yerləşdirilməsi üçün icazə sənədinin alınmasına Şəki “KOB Dostu” tərəfindən yaxından dəstək göstərildi. Hazırda arı ailələri meşə ərazisində yerləşdirilib. Bu il təsərrüfatımdan yüksək məhsuldarlıq gözləyirəm”.

Qeyd edək ki, KOBİA bundan əvvəl də dövlət-özəl əməkdaşlığı çərçivəsində arıçılıqla məşğul olan sahibkarlara subsidiyaların verilməsi, arıçılıq məhsullarının ticarət şəbəkəsində satışının təşkili ilə bağlı mikro və kiçik sahibkarlara dəstək göstərib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri