18 
Sen
2019
09:26
15
90
4523
Virtual karabakh

Baş nazirdən işaxtaranlarla bağlı - QƏRAR

18 Sen, 2019
09:26
4523

Baş nazirdən işaxtaranlarla bağlı - QƏRAR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əmək birjalarının və əmək yarmarkalarının təşkili, fəaliyyəti qaydası təsdiq edilib.

Oxu.Az-ın məlumatına görə, bununla bağlı Baş nazir Novruz Məmmədov qərar imzalayıb.

Nazirlər Kabineti qərara alıb ki, dəyişikliklər Azərbaycan Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

Bu Qayda “Məşğulluq haqqında” qanunun 23.3-cü maddəsinə əsasən hazırlanıb .

Əmək birjalarının və yarmarkalarının təşkili və fəaliyyəti qaydasını müəyyən edir.

“Məşğulluq haqqında” qanunun 23-cü maddəsinə əsasən birjalar, yarmarkalar əmək bazarında tələb və təklifə əsaslanır.

Habelə daxil olan sifarişlər əsasında əhalinin müvəqqəti məşğulluğunun təmin olunması, işaxtaran və işsiz şəxslərin müvafiq inzibati ərazi vahidi üzrə mövcud olan vakant iş yerləri haqqında məlumat əldə etməsi, aktiv məşğulluq tədbirlərinə cəlb olunması, işəgötürənlərin qısa müddətdə zəruri peşəyə, ixtisasa və təcrübəyə malik olan kadrların seçiminə köməklik göstərilməsi məqsədilə təşkil edilir.

Yarmarkanın təşkil edilməsi üçün Dövlət Məşğulluq Xidmətinin şəhər, rayon məşğulluq orqanları və ya “DOST” mərkəzləri tərəfindən mövcud olan vakansiyalar əsasında işəgötürənlərin işçi qüvvəsinə real tələbatı öyrənilir.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri