17 
Okt
2019
11:19
443
14
2825
Virtual karabakh

Deputat Azərbaycanda internetin sürətindən şikayətləndi

17 Okt, 2019
11:19
2825

Deputat Azərbaycanda internetin sürətindən şikayətləndi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Deputat Tahir Mirkişili Azərbaycandakı internetin sürətinin zəif olmasından şikayətlənib.

Oxu.Az-ın məlumatına görə, deputat bildirib ki, Azərbaycanda internetin orta sürəti 3.1 Mbit/saniyədir:

“Hesablamalara görə, internetin sürətinin iki dəfə artırılması ölkə iqtisadiyyatında Ümumi Daxili Məhsulun 0.3% artımına səbəb olur. 2018-ci ildə Azərbaycanda ÜDM-in həcmi 80 milyard manat olub.

Demək, internet infrastrukturunu təkmilləşdirməklə, orta internet sürətini 6.2 Mbit/san etməklə iqtisadiyyatda əlavə 240 milyon manat dəyərin yaranmasına nail olmaq mümkündür. Bu isə əlavə olaraq minlərlə iş yeri və büdcə gəlirlərinin artması deməkdir”.

Deputat əlavə edib ki, dünya üzrə orta internet sürəti 11 Mbit/san-dir.

Sevinc Yasinqızı

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri