24 
Okt
2019
17:38
311
101
20457
Virtual karabakh

Azərbaycanda yeni pul nişanı tədavülə buraxıldı

24 Okt, 2019
17:38
20457

Azərbaycanda yeni pul nişanı tədavülə buraxıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Bakı Dövlət Universitetinin təsis edilməsinin 100-cü ildönümü münasibətilə 5 AZN təşkil edən gümüş yubiley pul nişanı tədavülə buraxılıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Mərkəzi Bankın yaydığı məlumatda bildirilib.

Yubiley pul nişanının çəkisi 1 troy unsiyası – 31.1 qr. (+ 0.1 qr.), diametri isə 38.61 mm. təşkil edir.

Pul nişanı Böyük Britaniyanın “The Royal Mint” şirkətində beynəlxalq standartlara uyğun “Pruf” texnologiyası əsasında istehsal edilib.

Yubiley pul nişanının ön tərəfində Bakı Dövlət Universitetinin inzibati binasının təsviri, ümummilli lider Heydər Əliyevin kəlamı və imzası, 8 guşəli ulduzlar, milli naxış və ornamentlər təsvir olunub.

Arxa tərəfində isə Azərbaycan Respublikasının Dövlət Gerbi və pul nişanının nominalı təsvir edilib.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri