29 
Dek
2019
05:08
26
133
2885
Virtual karabakh

Dünyanın ən zəngin insanlarının sərvəti 1,2 trilyon dollar artıb - REYTİNQ

29 Dek, 2019
05:08
2885

Dünyanın ən zəngin insanlarının sərvəti 1,2 trilyon dollar artıb - REYTİNQ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünyanın ən zəngin insanlarının sərvəti 2019-cu ildə 1,2 trln. dollar (25%) artaraq 5,9 trln. dollar təşkil edib. 

Bu barədə  “Bloomberg Billionaires Index” (BBI) tərəfindən tərtib olunmuş reytinqdə bildirilir.

Məlumata əsasən, artım lideri fransalı biznesmen Bernar Arno (“Louis Vuitton”, “Hennessy”, “Christian Dior” və “Perignon” brendinin sahibi) olub. O, sərvətini bir il ərzində 36,5 mlrd. dollar artıra bilib və bunun da sayəsində dünyanın üçüncü ən zəngin adamı olub.

Dünyanın ən varlı insanı olan “Amazon”un təsisçisi Cef Bezos isə 9 mlrd dollar itirib. Lakin bu, onun boşanma prosesi ilə əlaqədar olub. “Microsoft”un həmtəsisçisi Bill Qeyts isə 22,7 mlrd. dollar qazanıb.

Beləliklə, dünyanın ən zəngin insanlarının TOP-5-liyi aşağıdakı kimidir:

1. Cef Bezos - $116 mlrd (-$8,75 mlrd)

2. Bill Qeyts - $113 mlrd (+$23,1 mlrd)

3. Bernar Arno - $106 mlrd (+$37,7 mlrd)

4. Vorren Baffet - $89,1 mlrd (+$5.26 mlrd)

5. Mark Zukerberq - $79.4 mlrd (+$27.4 mlrd)

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri