Yan
2020
08:55
24
64
3621
Virtual karabakh

Bu ölkə neftini kriptovalyuta ilə satacaq

3 Yan, 2020
08:55
3621

Bu ölkə neftini kriptovalyuta ilə satacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Venesuelada 2020-ci ildə neft Petro kriptovalyutası ilə satılacaq.

El Nacional”ın məlumatına əsasən, bu barədə ölkənin prezidenti Nikolas Maduro xəbər verib.

“Venesuela neftini Petro ilə satmağa hazırlaşırıq. Biz artıq Venesuela dəmir və poladını bu kriptovalyuta ilə satırıq. Neft, polad, dəmir, alüminium və qızılın bir hissəsini Petro ilə satmaq üçün imzalanmış müqaviləmiz var”, - deyə dövlət başçısı bildirib.

Maduro qeyd edib ki, kriptovalyuta ilə əməliyyatların tətbiqi ABŞ-ın iqtisadi sanksiyalarına cavab tədbiridir.

Xatırladaq ki, Venesuela 2018-ci ilin fevralında Petro kriptovalyutasını işə salıb. Petro “Ethereum” blokçeyn platformasında təsis edilib. 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri